Bazar, 05 May

"Paşinyan müxalifətin "dinlənilməsi" üçün 7 milyon xərcləyib"- Erməni mediası

image

Ermənistanda siyasi qüvvələrin telefonlarının dinlənməsi ilə bağlı faktlar aşkarlanıb.

Xəbər verilir ki, bu barədə yerli media məlumat yayıb.

"Baş nazir Nikol Paşinyan daxili düşmənlərlə mübarizədə o qədər uzağa gedib ki, artıq 7 milyon dollara "Pegasus" adlı telefon dinləmə sistemini alıb. Digər ölkələrdə bu sistem xarici kəşfiyyat tərəfindən ölkənin təhlükəsizliyini təhdid edənləri dinləmək üçün istifadə olunur. Mexanizm sadədir: təyin olunan telefona adi bir reklam- sms linki göndərilir. Telefon sahibi bu linkə keçid edən kimi sistem telefonda quraşdırılır. Yeri gəlmişkən, bir adamın belə formada "tutulması" nın dəyəri 10 min dollardan çoxdur"-,"Hraparak" yazıb.

Sayt iddia edir ki, məlum sistem "Signal", "WhatsApp", "Telegram", "Facebook" şəbəkələrini də əlçatan edir:

"Hökumət yeni sistemi əsasən müxalifət üçün tətbiq edib. Lakin namizədlər Paşinyanın birbaşa göstərişi ilə seçilir. Bizə müstəqil media orqanlarından birinin redaktorunun da bu şəbəkəyə daxil olduğunu söylədilər".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15